A A
A A

Görmə çətinliyi olanlar üçün: eye
phone-img

Zəng mərkəzi:

102 ONLAYN MÜRACİƏT

Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

24.08.2026

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində  növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

ƏLAQƏLİ PRESS-RELİZLƏR